Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı 260 mini ötüb

ASK
  • 29 may, 2019
  • 09:02
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı 260 mini ötüb

Bu qədər qədər Kənd Təsərrüfatı Nazirliyinə məxsus Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 261 342 fermer qeydiyyatdan keçib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, fermerlərdən 189 098 nəfəri EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdiriblər. 51 820 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 4 505 fermer icarə sənədi, 2 385 fermer etibarnamə, 533 fermer vərəsəlik şəhadətnaməsi, 179 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.

Qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 87,86%-i, yaxud 14 390 nəfəri  aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Xaçmazda 10 219, Şəkidə 9 657, Cəlilabadda 9 356, Saatlıda 8 634, Qubada 8 597, Bərdədə 8 383, İmişlidə 8 294 fermer qeydiyyat prosedurunu tamamlayıb.