Dövlət Baytarlıq Nəzarəti Xidməti tenderin müddətini uzaltmalı olub

ASK
  • 05 aprel, 2017
  • 09:41
Dövlət Baytarlıq Nəzarəti Xidməti tenderin müddətini uzaltmalı olub

Bakı. 5 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Göygöl Zona Baytarlıq Laboratoriyasının inzibati binasının əsaslı təmiri məqsədi ilə elan etdiyi açıq tenderin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender Komissiyasının xəbərinə görə, 15 və 28 fevralda DBNX-nın Göygöl Zona Baytarlıq Laboratoriyasının inzibati binasının əsaslı təmiri xidmətinin alınması məqsədilə dərc edilmiş tenderinin ilkin sənədlərinin qəbulu aprelin 25-dək, təkliflərin son təqdimatı mayın 3-dək, zərflərin açılışı isə mayın 4-nə kimi uzadılıb.

Qeyd edək ki, tenderdə iştirak haqqı 150 manatdır. İddiaçılar ilkin sənədlərini DBNX-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, VIII mikrorayon, 3123-cü məhəllə ünvanına təqdim etməlidirlər.

Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.