Daha bir ölkədən Azərbaycana toyuq əti tədarükünə başlanılıb

ASK
  • 20 dekabr, 2022
  • 10:16
Daha bir ölkədən Azərbaycana toyuq əti tədarükünə başlanılıb

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 37,835 milyon ABŞ dolları dəyərində 23 min 774 ton dondurulmuş toyuq əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Ukraynadan 19,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 13 min 120 ton (-18 %), Rusiyadan 10,237 milyon ABŞ dolları dəyərində (+92,5 %) 5 min 025 ton (+44 %), Belarusdan 5,439 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 3 min 455 ton (+2,4 dəfə), Gürcüstandan 2,942 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 2 min 059 ton (+5,8 dəfə), Moldovadan 93,04 min ABŞ dolları dəyərində (-77 %) 64 ton (-84,3 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrandan tədarük həyata keçirilib. Həmin ölkədən 8 min ABŞ dolları dəyərində 20 ton ət alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 27,8 min ton dondurulmuş toyuq ətinin 75 %-i Ukraynanın, 15 %-i Rusiyanın payına düşüb.