Çilidən Azərbaycana qurudulmuş gavalı idxalı bərpa edilib
- 14 oktyabr, 2022
- 13:31
Bu ilin ilk 7 ayında Azərbaycana 537,79 min ABŞ dolları dəyərində 216,79 ton qurudulmuş qara gavalı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 % çoxdur, kəmiyyət olaraq – 1,4 % azdır.
Moldovadan 280,76 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,8 % çoxdur) 80,96 ton (-1,2 %), Özbəkistandan 119,32 min ABŞ dolları dəyərində (+2 dəfə) 52,61 ton (+91,3 %), İrandan 114,1 min ABŞ dolları dəyərində (-23,5 %) 78 ton (-22,8 %), Türkiyədən 8,4 min ABŞ dolları dəyərində 2,63 ton (bir il əvvəl tədarük olmayıb), Argentinadan 5,76 min ABŞ dolları dəyərində (-36,6 %) 0,98 ton (-57,2 %) məhsul alınıb.
Bir il 8 aylıq fasilədən sonra Çilidən tədarük bərpa edilib. Həmin ölkədən 3,99 min ABŞ dolları dəyərində 1,04 ton gavalı gətirilib.
Hesabat dövründə Azərbaycandan xaricə (bir əvvəl də olduğu kimi ancaq Rusiyaya) 33 min ABŞ dolları dəyərində (+81 dəfə) 18,5 ton (+68,3 dəfə) qurudulmuş gavalı satılıb.