Cəlilabadda üzüm bağları xeyli azaldılıb
ASK
- 24 fevral, 2024
- 18:15
Cəlilabad rayonunda bu il üzüm bağları xeyli azaldılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, son illər məhsulun qiymətinin ucuzlaşması fermerlərin bu sahəyə marağını azaldılıb.
Fermerlərin sözlərinə görə, ötən il baş verən dolu hadisəsi də təxminən üzümün məhsuldarlığını 8-10 dəfə azaldıb. Məcbur olaraq bağları ləğv edib, digər bitki növlərini əkiblər.
Fermerlər, həmçinin məhsulun satışında da çətinlik olduğunu qeyd edir. Onlar daha bir səbəbi mineral gübrələrin qiymətinin artması ilə əlaqələndirir.
Qeyd edək ki, Cəlilabad rayonunda 1400 hektara yaxın üzüm bağı var. Ötən mövsüm bağlardan 13 min tona yaxın məhsul tədarük olunub.
Son xəbərlər
16:01
Qətərin Baş naziri sabah Çinə səfər edəcək
Digər ölkələr15:49
Abşeron çimərliklərində sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq
Ekologiya15:41
Tibetdə baş verən sürüşmədə ölənlərin sayı 40 nəfəri keçib
Digər ölkələr15:30
"Qalatasaray"ın futbolçusu Viktor Osimhen üç həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol15:19
Bosniyada başlayan meşə yanğınları Xorvatiyaya keçib
Digər ölkələr15:13
Foto
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Daxili siyasət14:54
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub - YENİLƏNİB
Komanda14:50
Yəmən hərbçiləri mühüm rayonu husilərdən geri alıb
Digər ölkələr14:36
Foto
Video