Cəlilabadda bu il kartofun məhsuldarlığı azalıb
ASK
- 10 iyul, 2024
- 17:23
Bu il Cəlilabad rayonunda kartofun məhsuldarlığı xeyli azalıb.
Bu barədə "Report"un yerli bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə 2900 hektar sahədən 61 min ton kartof yığılıb, məhsuldarlıq 210 sentner olub, ötən il bu göstərici 290 sentnerə yaxın olub. Ötən il 5,5 min hektar sahədə 158,92 min ton kartof yetişdirilib.
Fermerlərin sözlərinə görə, son illər məhsulun tədarükü ilə bağlı problemlər müşahidə olunur. Belə ki, ötən il məhsul 20-25 qəpiyə satılıb. Bu qiymət də çəkilən xərcləri ödəmir. Eyni zamanda fermerlər ötən il daşınma xərci baha olduğu üçün Rusiya bazarlarına da məhsul göndərə bilmədiklərini deyirlər.
Son xəbərlər
22:38
Metsamor AES təmirdən sonra işini bərpa edib
Region22:29
"The Times": Böyük Britaniyada vəsaitə qənaət üçün irimiqyaslı hərbi təlimlər ləğv edilir
Digər ölkələr22:12
"The Hill": Senatdakı respublikaçılar Pit Heqsetin siyasətindən narazıdırlar
Digər ölkələr22:04
Qabriel Martinelli "Arsenal"dan "Əl-Hilal"a transfer olunub
Futbol22:03
İndoneziyada 1700-dən çox şəxs məktəbdə verilən pulsuz nahardan zəhərlənib
Digər ölkələr21:50
Ermənistanda məhkəmə deputat Artur Sarkisyanın ev dustaqlığını daha iki ay uzadıb
Region21:48
Mahir Emreli "Rakuv"un heyətində altıncı qolunu vurub
Futbol21:42
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Digər ölkələr21:32