Bir ölkədən Azərbaycana avokado idxalı bərpa edilib

ASK
  • 06 yanvar, 2023
  • 10:30
Bir ölkədən Azərbaycana avokado idxalı bərpa edilib

2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 758 min ABŞ dolları dəyərində 300,81 ton avokado (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 45,5 %, kəmiyyət olaraq – 59,3 % çoxdur.

Hesabat dövründə Türkiyədən 187,38 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 124,36 ton (+2,2 dəfə), Keniyadan 180,68 min ABŞ dolları dəyərində (+8,2 dəfə) 60,23 ton (+8,9 dəfə), Perudan 133,74 min ABŞ dolları dəyərində (-20 %) 44,66 ton (-15,8 %), Cənubi Afrika Respublikasından 112,85 min ABŞ dolları dəyərində (+5,1 %) 41,16 ton (+5,5 %), Lüksemburqdan 68,54 min ABŞ dolları dəyərində (+40 %) 9,6 ton (+95,1 %) məhsul alınıb.

Bir il 10 aylıq fasilənin ardından Birləşmiş Tanzaniya Respublikasından tədarük bərpa edilib. Həmin ölkədən 0,71 min ABŞ dolları dəyərində 0,19 ton avokado idxal edilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (12 ölkədən) aldığı 239,3 ton avokadonun 40 %-i Türkiyənin, 23 %-i Perunun, 16 %-i Cənubi Afrikanın payına düşüb.