Biləsuvarda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

ASK
  • 03 oktyabr, 2025
  • 12:19
Biləsuvarda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Biləsuvar rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığı məqsədilə təşkil olunub.

Tədbirdə fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar yaradıb.

Çıxış edənlər bildiriblər ki, toxum sərgi-satış yarmarkasının Biləsuvar rayonunda təşkili bölgədə kənd təsərrüfatının inkişafına, fermerlərin yüksək reproduksiyalı keyfiyyətli toxum əldə etməsinə və məhsuldarlığın artmasına töhfə verəcək. Həmçinin dövlət tərəfindən fermerlərə göstərilən dəstəyin və yaradılan imkanların əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti