BƏƏ-dən Azərbaycana keşniş toxumu idxalı bərpa edilib
- 29 noyabr, 2022
- 13:14
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 62,94 min ABŞ dolları dəyərində 50,24 ton keşniş toxumu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 24,4 % azdır.
Hesabat dövründə İrandan 50,49 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 % çoxdur) 45,67 ton (+3,6 %), Hindistandan 6,45 min ABŞ dolları dəyərində (-60 %) 3,44 ton (-79 %), Türkiyədən 4,3 min ABŞ dolları dəyərində (-36,8 %) 0,63 ton (-66,3 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,95 min ABŞ dolları dəyərində 0,35 ton, Rusiyadan 0,44 min ABŞ dolları dəyərində (+13 %) 0,11 ton (+38 %) məhsul alınıb.
Bir il 6 aylıq fasilənin ardından BƏƏ-dən tədarük bərpa edilib.