Bakıda mütəmadi yarmarkaların keçirilməsi üçün yer ayrılacaq
ASK
- 14 sentyabr, 2018
- 09:36
Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi üçün yer ayrılacaq.
"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova deyib.
O, həmçinin deyib ki, rəhbərlik etdiyi şirkət gələn ay açmağı planlaşdırdığı mağazanın internet səhifəsini və mobil əlavəsini təqdim etməyə hazırlaşır.
"Həmin mağaza paytaxtın Səbail rayonunda, Nizami küçəsi, 92 ünvanında yerləşəcək. Bakının mərkəzi ilə yanaşı ətrafında da bu cür mağazaların açılışı nəzərdə tutulur", - deyə L.Məmmədova əlavə edib.
Son xəbərlər
09:40
"Vilyarreal" heyətində 3 kanadalı futbolçunun yer aldığı ilk "Top-5" liqa klubu olub
Futbol09:38
Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Region09:36
ADB Azərbaycanda sərhəd-keçid məntəqələrini modernləşdirməyə pul ayıracaq
İnfrastruktur09:25
Dənizkənarı Bulvar İdarəsi mənfəətini 15 %-dən çox artırıb
Maliyyə09:18
AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq
Komanda09:16
Tambovda "Wildberries" anbarında PUA hücumu nəticəsində yanğın baş verib
Region09:12
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
Energetika09:09
Pakistanda yanğın nəticəsində 15 körpə ölüb
Digər ölkələr09:02