Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək

ASK
  • 25 fevral, 2022
  • 13:34
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi martın 12-19-da Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə nazirliyin fermerlərə müraciətində bildirilir.

"Yarmarkalarda iştirak ödənişsizdir. Fermerlər yarmarka boyunca bütün lazımi avadanlıqlarla təmin olunacaq", - deyə müraciətdə qeyd olunub.