Bakıda keçirilən bal yarmarkasının bu gün açılış mərasimi olacaq

ASK
  • 08 oktyabr, 2018
  • 07:06
Bakıda keçirilən bal yarmarkasının bu gün açılış mərasimi olacaq
Report

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının bu gün saat 14:00-da açılış mərasimi olacaq. 

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Xatırladaq ki, mərasimin oktyabrın 5-də keçirilməsi nəzərdə tutulsa da, hava şəraiti buna imkan verməmişdi. 

Yarmarkanın oktyabrın 28-dək davam edəcəyi nəzərdə tutulub.