Azərbaycanın Rusiyadan kənd təsərrüfatı məhsulları tədarükünün dəyəri açıqlanıb
- 03 avqust, 2024
- 12:54
Ötən il Azərbaycan Rusiyadan 839,3 milyon ABŞ dollarlıq kənd təsərrüfatı məhsulları idxal edib.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bununla da, Azərbaycan Rusyanın aqrar məhsullar ixracında 9-cu pillədə qərarlaşıb.
Hesabat dövründə Rusiyanın kənd təsərrüfatı məhsullarının əsas alıcıları Çin (8,8 milyard ABŞ dolları), Türkiyə (5,2 milyard ABŞ dolları), Misir (3,2 milyard ABŞ dolları), Qazaxıstan (3,1 milyard ABŞ dolları), Hindistan (1,3 milyard ABŞ dolları), Cənubi Koreya (1,2 milyard ABŞ dolları), Yaponiya (968,7 milyon ABŞ dolları), Özbəksitan (965,5 milyon ABŞ dolları), Azərbaycan (839,3 milyon ABŞ dolları) və Pakitsan (821,3 milyon ABŞ dolları) olub.
Qeyd edək ki, Hindistan Rusiyadan ərzaq idxalını il ərzində 41 % artıraraq, əksinə, idxalını 2022-ci illə müqayisədə 22 % azaldaraq 1,2 milyard ABŞ dollarına endirən Cənubi Koreyanı ilk 5 ölkə sırasından çıxara bilib.
Bununla belə, on il əvvəl, bəzi Qərb ölkələrindən Rusiyaya ərzaq embarqosunun tətbiqindən əvvəl, vəziyyət fərqli idi. 2013-cü ildə Rusiyadan aqrar-sənaye məhsullarının əsas alıcıları Türkiyə (1,7 milyard ABŞ dolları), Qazaxıstan (1,6 milyard ABŞ dolları) və Cənubi Koreya (1,2 milyard ABŞ dolları) idi. Çin 1,1 milyard ABŞ dolları idxal həcmi ilə dördüncü yerdə idi, ardınca Misir - 875,2 milyon ABŞ dolları, Ukrayna - 811,3 milyon ABŞ dolları, Belarus - 805 milyon ABŞ dolları, Azərbaycan - 650,5 milyon ABŞ dolları və Niderland - 410,9 milyon ABŞ dolları ilə gəlirdi. İlk onluğu İran (361 milyon ABŞ dolları) tamamlayırdı.