Azərbaycanın əsas tədarük bazarından arpa idxalı kəskin azalıb
- 21 iyun, 2022
- 11:08
Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xaricdən 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,5 dəfə, kəmiyyət olaraq – 14 dəfə azdır.
Azərbaycana ancaq Rusiyadan arpa tədarükü olub. Bir il əvvəlki göstəricilərlə müqayisədə bu ölkədən idxal müvafiq olaraq 6,4 dəfə və 13,4 dəfə azalıb.
Hesabat dövründə Azərbaycan 3,632 milyon ABŞ dolları dəyərində 17 min 428 ton arpa ixrac edib. Bir il əvvəl xaricə tədarük olmayıb.
İraqa 3,51 milyon ABŞ dolları dəyərində 16 min 784 ton, İrana 108,1 min ABŞ dolları dəyərində 568,8 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 18,75 min ABŞ dolları dəyərində 75 ton məhsul satılıb.
Qeyd edək ki, ötən il xaricdən tədarük etdiyimiz arpanın 98,8 %-i Rusiyanın payına düşüb. Hesabat dövründə Azərbaycanın xaricə (Əfqanıstan, İran, Türkiyə) satdığı 36 min 358 ton arpanın 91 %-i İraqın payına düşüb.