Azərbaycanın daha 3 rayonunda güzəştli şərtlərlə azot gübrəsi satılacaq
- 09 aprel, 2019
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC aprelin 10-da Qax rayonunun Güllü kəndində, aprelin 11-də Zaqatala rayonunun Makov kənd inzibati ərazi nümayəndəliklərinin binasında, aprelin 12-də isə Balakən rayonunun Qabaqçöl inzibati ərazi nümayəndəliyinin binasında azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirəcək.
Bu barədə “Report”a Nazirlikdən bildirilib.
Məlumata görə, satışdan bu kəndlərə yaxın bütün ətraf kəndlər yararlana biləcək. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştlə mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün Qax rayonu üzrə (055) 361-08-91 (Məhəmməd Fətəliyev, Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Zaqatala rayonu üzrə (055) 663-40-89 (Xalis Mahalov, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Balakən rayonu üzrə (050) 645-18-78 (Məhəmməd Şərifov, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) telefon nömrələri ilə əlaqə saxlamaq lazımdır.