Azərbaycandan Malayziyaya portağal şirəsi ixracı bərpa edilib
- 01 dekabr, 2022
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin 3 rübü ərzində Azərbaycana xaricdən 875,85 min ABŞ dolları dəyərində 527,87 ton portağal şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,8 %, kəmiyyət olaraq – 22,3 % azdır.
Rusiyadan 283,47 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,6 dəfə çoxdur) 191,81 ton (+2,2 dəfə), Braziliyadan 169,45 min ABŞ dolları dəyərində (+0,1 %) 64,1 ton (-11,1 %), Ukraynadan 163,12 min ABŞ dolları dəyərində (-67 %) 148,33 ton (-67,4 %), İsraildən 135,99 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 71,6 ton (+2,1 dəfə), İtaliyadan 37,5 min ABŞ dolları dəyərində (-46,5 %) 20 ton (-50 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycandan xaricə 5,18 min ABŞ dolları dəyərində (+8,4 %) 7,77 ton (+25,3 %) portağal şirəsi göndərilib.
Rusiyaya 2,86 min ABŞ dolları dəyərində 4,46 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyaya 1,36 min ABŞ dolları dəyərində 1,62 ton və Polşaya 0,96 min ABŞ dolları dəyərində 1,69 ton (tədarük olmayıb) məhsul satılıb.
Altı il 1 aylıq fasilənin ardından Malayziyaya tədarük bərpa edilib.
Azərbaycanın ötən il idxal etdiyi (16 ölkədən) 983,2 ton portağal şirəsinin 58,5 %-i Ukraynanın payına düşüb.