Azərbaycanda süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiya veriləcək
ASK
- 19 avqust, 2015
- 13:51
Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib.
Nazirlər Kabinetinə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində müəyyən etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Son xəbərlər
10:36
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclis10:21
7 ayda 22 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub
Maliyyə10:18
Foto
Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib
Fərdi10:17
Foto
Azərbaycanda daha 10 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
Biznes10:17
Azərbaycan XİN Əfqanıstanı təbrik edib
Xarici siyasət10:14
Rusiya Xerson və Zaporojyeni atəşə tutub: ölənlər və xəsarət alanlar var
Digər ölkələr10:06
Braziliyalı futbolçu Andre Luij MLS klubuna rekord məbləğə keçib
Futbol10:06
Konqoda Ebolaya yoluxma hallarının sayı 5 mini ötüb
Digər ölkələr09:56