Azərbaycanda mal-qaranın çəki artımı ilə bağlı statistik müayinə keçiriləcək
ASK
- 25 dekabr, 2025
- 13:44
Azərbaycanda mal-qaranın çəki artımına, ət çıxımına dair birdəfəlik seçmə statistik müayinə keçiriləcək.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, statistik müayinə 2026-2027-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Kənd Təsərrüfatı Nazirliyi, yardımçı icraçısı isə Dövlət Statistika Komitəsi olacaq.
Bununla bağlı, mal-qaranın çəki artımına, ət çıxımına dair seçmə statistik müayinə formasının və metodoloji göstərişlərin hazırlanması, seçmə şəbəkəsi formalaşdırılması nəzərdə tutulur.
Son xəbərlər
11:10
Zaqatalada yağıntılar aylıq normanı keçib - FAKTİKİ HAVA
Ekologiya11:05
Foto
Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Xarici siyasət11:03
Foto
Talaçaydan sel keçir
Hadisə10:57
Kabo Verde millisinin qapıçısı Vozinya Messi ilə komanda yoldaşı ola bilər
Futbol10:55
Livan Prezidenti ABŞ-yə səfər edəcək
Digər ölkələr10:54
Azərbaycan Prezidenti İordaniya Kralını ölkəyə səfərə dəvət edib
Xarici siyasət10:53
Foto
İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib
Xarici siyasət10:45
NATO sammiti çərçivəsində azı 50 milyard dollar dəyərində yeni razılaşmalar əldə olunub
Digər ölkələr10:41