Azərbaycanda balıqçılığa xüsusi dövlət dəstəyi olacaq

ASK
  • 19 dekabr, 2025
  • 11:43
Azərbaycanda balıqçılığa xüsusi dövlət dəstəyi olacaq

Azərbaycanda balıq istehsalı müəssisəsi açmaq istəyən şəxslərə istifadə edəcəyi avadanlıq və texnikanın alınmasında müəyyən dövlət dəstəyi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

"Bundan başqa, vergi güzəştləri olacaq. Çünki hazırda kənd təsərrüfatının birbaşa istehsalı vergidən azaddır. Bununla yanaşı, müəyyən məhsul subsidiyası planlaşdırılır. Əgər dediyimiz qanunvericilik aktı qəbul olunarsa, akvakultura obyektlərində balıqların satışından əlavə həmin məhsullara dövlət subsidiya verəcək. Əsas hədəf yerli məhsullarımızın idxal olunan məhsullar qarşısında rəqabət qabiliyyətliliyini qaldırmaqdır. Bu, biznes fəaliyyəti olduğundan digər aidiyyatı dövlət qurumları var ki, bu biznesin dəstəkləyə, onlara müəyyən kreditlərin verilməsini təmin edə bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti