Azərbaycanda balıq ovu üçün müəyyən edilmiş kvotanın yarısı istifadə olunmayıb

ASK
  • 19 dekabr, 2025
  • 11:11
Azərbaycanda balıq ovu üçün müəyyən edilmiş kvotanın yarısı istifadə olunmayıb

Bu il Xəzər dənizində balıq ovu üçün müəyyən edilmiş kvota 27 min 850 ton təşkil edib, bunun isə 12 min 951 tonu istifadə olunub.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

"Daxili sular üçün kvota isə 160 ton təşkil edib, bunun isə 90 tonu istifadə olunub", - deyə o qeyd edib.

C.Əliyevin sözlərinə görə, 2025-ci il yanvarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti 216 nəfərə, sonrakı dövrdə Balıqçılıq və Akvakultura Mərkəzi isə 15 nəfərə balıqovlama bileti verib.

Son xəbərlər

Bütün Xəbər Lenti