Azərbaycanda aqrar sektor 1 % böyüyüb

ASK
  • 12 dekabr, 2025
  • 13:03
Azərbaycanda aqrar sektor 1 % böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 13 milyard 402,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,9 % artaraq 6 milyard 633,4 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 0,4 % artaraq 6 milyard 768,7 milyon manat təşkil edib.

Dekabrın 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 339 min ton və yaxud 1 il əvvələ nisbətən 2,9 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 763,2 min ton (3,7 % az) tərəvəz, 1 milyon 368,6 min ton (4,5 % çox) meyvə və giləmeyvə, 924,6 min ton (0,5 % çox) kartof, 459 min ton (6,4 % az) bostan məhsulları, 345,3 min ton (42,1 % çox) pambıq, 310,6 min ton (45,3 % çox) şəkər çuğunduru, 209,1 min ton (3,5 % çox) üzüm, 31,8 min ton (2,3 % çox) günəbaxan, 7,8 min ton (31,1 % çox) tütün, 1,2 min ton (12,7 % çox) yaşıl çay yarpağı yığılıb.

11 ay ərzində diri çəkidə 544,1 min ton ət, 2 milyon 86,0 min ton süd, 2 milyon 140,5 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub. 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə yumurta istehsalı 2 %, süd istehsalı 0,3 %, ət istehsalı 0,1 % artıb, yun istehsalı 1,3 %, barama istehsalı 22,1 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti