Azərbaycana iki ölkədən palma yağı idxalı bərpa edilib

ASK
  • 17 yanvar, 2023
  • 05:51
Azərbaycana iki ölkədən palma yağı idxalı bərpa edilib

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 86 milyon ABŞ dolları dəyərində 51 min 377 ton palma yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 23,4 % çoxdur.

Hesabat dövründə İndoneziyadan 59,239 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 36 min 786 ton (+44,3 %), Malayziyadan 20,914 milyon ABŞ dolları dəyərində (+2 %) 11 min 587 ton (-28 %), Kolumbiyadan 5,8 milyon ABŞ dolları dəyərində 2 min 978 ton, İrandan 32 min ABŞ dolları dəyərində (-3,6 %) 16 ton (-3,6 %), Türkiyədən 23,77 min ABŞ dolları dəyərində 9,99 ton, Almaniyadan 0,42 min ABŞ dolları dəyərində (-60 %) 0,03 ton (-50 %) və İtaliyadan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton yağ alınıb.

Üç ilin tamamında Türkiyədən, 1 il 9 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib. Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Kolumbiyadan palma yağı idxal edib.