Azərbaycan və Türkiyənin dövlət qurumları üçtərəfli əməkdaşlıq platforması yaradır

ASK
  • 11 dekabr, 2018
  • 08:02
Azərbaycan və Türkiyənin dövlət qurumları üçtərəfli əməkdaşlıq platforması yaradır
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli
Report/ Elchin Murad

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi üçtərəfli əməkdaşlıq platforması yaradacaq.

“Report” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

“Bu platformanın yaradılması Azərbaycan üçün qida təhlükəsizliyi sahəsində ciddi məsələlərin həllinə təkan verəcək”, - deyə o, qeyd edib. 

44 - Tezliklə