Azərbaycan üç ölkəyə badımcan ixracını bərpa edib
- 24 avqust, 2023
- 13:00
Bu ilin I yarısında Azərbaycan 3,15 milyon ABŞ dolları dəyərində 6 min 288 ton badımcan idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 4,1 % azdır.
Azərbaycan İrandan 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 6 min 36 ton (-6 %) və Türkiyədən 126,25 min ABŞ dolları dəyərində (+97 %) 251,7 ton (+2 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 53,2 min ABŞ dolları dəyərində (+8 %) 61,7 ton (-19 %) badımcan göndərilib.
Azərbaycan Rusiyaya 48,6 min ABŞ dolları dəyərində (+47 %) 44,6 ton (+71 %), Ukraynaya 4,25 min ABŞ dolları dəyərində 17 ton, Qətərə 0,2 min ABŞ dolları dəyərində 0,1 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,2 min ABŞ dolları dəyərində 0,1 ton məhsul satıb.
Azərbaycan 3 il 7 ayın tamamında Qətərə, 3 il 6 aylıq fasilənin ardından BƏƏ-yə, 1 il 10 aydan sonra Ukraynaya badımcan tədarükünü bərpa edib.