Azərbaycan Türkiyənin Bursa bölgəsindən təzə meyvə-tərəvəz idxal edə bilər

ASK
  • 11 yanvar, 2022
  • 10:26
Azərbaycan Türkiyənin Bursa bölgəsindən təzə meyvə-tərəvəz idxal edə bilər

Türkiyənin Bursa şəhərində yerli təzə meyvə istehsalçıları ilə Azərbaycan, Danimarka, Bosniya və Herseqovinadan olan alıcılarla görüş keçirilib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, görüşü Uludağ Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyi (UYMSİB) təşkil edib.

Qurumun sədri Senih Yazqan bildirib ki, rəhbərlik etdiyi birliyin üzvü olan 170-dən çox ixracatçı ötən il 160 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac edib.

"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həm Türkiyədə, həm də digər ölkələrdə təzə meyvə-tərəvəz istehlakı artıb. Bəzi ölkələrdə bu aqrar məhsullara strateji məhsullar kimi baxılıb və ixracına məhdudiyyətlər qoyulub", - o deyib.

44 - Tezliklə