Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 36 %-dək artırıb
- 07 yanvar, 2023
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan Türkiyədən 156,925 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 35,6 % çoxdur.
Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 13,841 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 28,5 % çoxdur.
Ötən il Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının dəyəri illik müqayisədə 25,4 % artaraq 11,474 milyard ABŞ dollarına, dekabr ayında isə 18,5 % artaraq 1,125 milyard ABŞ dollarına çatıb.