Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 36 % artırıb

ASK
  • 10 dekabr, 2022
  • 08:05
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 36 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 143,117 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 % çoxdur.

Təkcə bu ilin noyabr ayında isə Türkiyə Azərbaycana 14,385 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 51,8 % çoxdur.

Bu ilin ilk 11 ayında Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumların və onun məhsullarının ixracının dəyəri illik müqayisədə 26,5 % artaraq 10,371 milyard ABŞ dollarına, noyabr ayında isə bu məhsul ixracının dəyəri 20,3 % artaraq 1,078 milyard ABŞ dollarına çatıb.