Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 35 % artırıb

ASK
  • 12 noyabr, 2022
  • 11:14
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 35 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 128,75 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə Türkiyə Azərbaycana 12,9 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 39 % çoxdur.

Bu ilin ilk 10 ayında Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumların və onun məhsullarının ixracının dəyəri illik müqayisədə 27,3 % artaraq 9,297 milyard ABŞ dollarına, oktyabr ayında isə bu məhsul ixracının dəyəri 16,6 % artaraq 1,046 milyard ABŞ dollarına çatıb.