Azərbaycan Türkiyədən noyabrda zeytun və zeytun yağı idxalına çəkdiyi xərci 2 dəfə artırıb

ASK
  • 10 dekabr, 2022
  • 08:55
Azərbaycan Türkiyədən noyabrda zeytun və zeytun yağı idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 2,451 milyon ABŞ dolları dəyərində zeytun və zeytun yağı idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.

Təkcə noyabr ayında isə Türkiyə Azərbaycana 0,449 milyon ABŞ dollarlıq dəyərində zeytun və zeytun yağını ixrac edib ki, bu da, illik müqayisədə 103,6 % və ya 2 dəfə artırıb.

Bu ilin ilk 11 ayında Türkiyənin ümumi dəyərində zeytun və zeytun yağı ixracının dəyəri illik müqayisədə 45,4 % artaraq 392,289 milyard ABŞ dollarına, noyabr ayında isə 109,1 % və ya 2 dəfə artaraq 64,258 milyard ABŞ dollarına çatıb.