Azərbaycan Quşçular Cəmiyyətinin sədri: "Xaricə quş əti satmaq çətindir"

ASK
  • 04 iyun, 2018
  • 09:44
Azərbaycan Quşçular Cəmiyyətinin sədri: Xaricə quş əti satmaq çətindir

Bakı. 4 iyun. REPORT.AZ/ "Toyuq ətinin uzun müddətdir bahalaşmasının şahidi olmuruq".

Bunu "Report"a Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, Quşçular Cəmiyyəti məhsulların bahalaşmasının tərəfdarı deyil: "Quş əti olmasa, mal, qoyun ətinin satış qiyməti əlli manat ola bilər. Bütün təbəqələrin əldə edə biləcəyi sabit qiymətin olmasının tərəfdarıyıq".

A.Vəliyev əlavə edib ki, xaricə quş əti satmaq çətindir: "Əti satmaq baha başa gəlir. Amma yumurtanı sata bilirik. Ötən il İraqa, Əfqanıstana və İrana yumurta ixrac olunub. Əsasən müsəlman ölkələri Azərbaycandan yumurta alır. Azərbaycan quş ətinə tam təlabatını ödəyir".