Azərbaycan noyabrda piy və yağ ixracını təxminən 2 dəfə artırıb

ASK
  • 19 dekabr, 2024
  • 06:47
Azərbaycan noyabrda piy və yağ ixracını təxminən 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 25 milyon 517,42 min ABŞ dolları dəyərində 15 min 953 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 32 %, həcmi isə 34,5 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piy və yağların payı 0,96 % təşkil edir.

Noyabrda isə ölkədən 2 milyon 775,76 min ABŞ dolları məbləğində 2 min 260 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 57,6 % və 1,95 dəfə çoxdur.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.