Azərbaycan Niderlanddan kartof idxalını bərpa edib

ASK
  • 27 fevral, 2025
  • 14:43
Azərbaycan Niderlanddan kartof idxalını bərpa edib

Ötən il Azərbaycan 39,1 milyon ABŞ dolları dəyərində 142 min 897 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq - 12 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 17,28 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 66 min 436 ton (+71,5 %), Rusiyadan 8,3 milyon ABŞ dolları dəyərində (-51 %) 33 min 131 ton (-51 %), Gürcüstandan 7,96 milyon ABŞ dolları dəyərində (+6,6 dəfə) 23 min 939 ton (+6 dəfə), Belarusdan 2,76 milyon ABŞ dolları dəyərində (-76 %) 8 min 846 ton (-76 %), Türkiyədən 2,72 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 10 min 399 ton (+2,4 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 9 aydan sonra Niderlanddan (17,6 min ABŞ dolları dəyərində 20,8 ton) kartof tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 162 min 242 ton kartofun 41,8 %-i Rusiyanın, 23,9 %-i İranın, 22,9 %-i Belarusun payına düşüb.