Azərbaycan Misir və Vyetnamdan təzə üzüm tədarükünü bərpa edib

ASK
  • 09 fevral, 2024
  • 12:44
Azərbaycan Misir və Vyetnamdan təzə üzüm tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 7,95 milyon ABŞ dolları dəyərində 9 min 115 ton təzə üzüm ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 19 % azdır.

Azərbaycan Rusiyaya 7,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 8 min 346 ton (-24 %), Ukraynaya 307 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 406 ton (+3,1 dəfə), Belarusa 117 min ABŞ dolları dəyərində (+41 %) 98 ton (-12 %), Qazaxıstana 71,4 min ABŞ dolları dəyərində (+6,5 dəfə) 102 ton (+5,4 dəfə), İrana 28 min ABŞ dolları dəyərində 47,44 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 374 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 372 ton (+3,1 dəfə) üzüm idxal edilib.

Azərbaycan İrandan 287 min ABŞ dolları dəyərində (+24 dəfə) 287 ton (+24 dəfə), Rusiyadan 37,4 min ABŞ dolları dəyərində (+52 %) 37 ton (+2,1 %), Perudan 14,6 min ABŞ dolları dəyərində (+25 %) 14,6 ton (+23 %), Çilidən 9,55 min ABŞ dolları dəyərində (-64 %) 8 ton (-69 %), Cənubi Afrikadan 9,35 min ABŞ dolları dəyərində (-28 %) 9,34 ton (-28 %) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Misirdən (2,4 min ABŞ dolları dəyərində 2,4 ton) və 3 il 7 aylıq aradan sonra Vyetnamdan (0,01 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.