Azərbaycan meşə fındığı ixracından gəlirlərini 26 %-dən çox artırıb
ASK
- 31 oktyabr, 2022
- 12:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 70,7 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
İcmala əsasən, bu, 2021-ci ilin 9 aylıq göstərəciləri ilə müqayisədə 14,8 milyon ABŞ dolları və ya 26,5 % çoxdur.
Bu ilin sentyabr ayında Azərbaycan 9,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 2,2 milyon ABŞ dolalrı və ya 18,6 % azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.
Son xəbərlər
12:34
Foto
"Mingəçevir Reqatası-2026": Elmir Tarverdiyev - Mustafa Vəlizadə cütlüyü ikinci olub - YENİLƏNİB-4
Fərdi12:33
Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq
Komanda12:32
Foto
Video
Jurnalist Məğrur Əli: 27 sentyabr səhəri "Atəş" əmrini bayram xəbəri kimi qarşılamışdıq - MÜSAHİBƏ
Daxili siyasət12:31
Moldova DİN: Kişineuya hücum cəhdi edən Rusiyanın "Geran-4" dronu olub
Digər ölkələr12:29
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə12:18
ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
Analitika12:17
Ermənistan hökuməti dövlət büdcəsini 1,3 milyard dollar kəsirlə təsdiqləyib
Maliyyə12:14
Erdem Tındaş: Birgə layihələrimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə çalışırıq
Hərbi12:11