Azərbaycan Meksikadan xam şəkər alışını 2 dəfədən çox artırıb
- 28 sentyabr, 2022
- 12:51
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan xaricdən 85,76 milyon ABŞ dolları dəyərində 158 min 191 ton xam şəkər (şəkər çuğundurundan/qamışından alınan aromatik-dad və ya boyayıcı əlavələrsiz) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,5 % çoxdur, kəmiyyət olaraq – 12,7 % azdır.
Hesabat dövründə Braziliyadan 59,659 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 16,6 % azalıb) 109 min 014 ton (-30,8 %), Meksikadan 26,065 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 49 min 149 ton (+2,1 dəfə), Kolumbiyadan 18,54 min ABŞ dolları dəyərində (-13,3 %) 16,13 ton (+19,2 %), Mavrikiyadan 6,72 min ABŞ dolları dəyərində (-39,7 %) 4,43 ton (-8,7 %), Türkiyədən 4,69 min ABŞ dolları dəyərində 3 ton (6 il 3 ayın tamamında tədarük bərpa edilib) məhsul gətirilib.
Qeyd edək ki, ötən il ölkəyə gətirilən 303,7 min ton xam şəkərin 92,2 % Braziliyanın payına düşüb.