Azərbaycan İran və Qətərə qurudulmuş ərik ixracına başlayıb
- 07 mart, 2024
- 12:01
Ötən il Azərbaycana 5,1 milyon ABŞ dolları dəyərində 1 min 603 ton qurudulmuş ərik idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 7 % çoxdur.
Azərbaycan Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 447,8 ton (-32 %), İrandan 1,5 milyon ABŞ dolları dəyərində (-5 %) 473 ton (-30 %), Özbəkistandan 794,7 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 382,8 ton (+3 dəfə), Tacikistandan 594,9 min ABŞ dolları dəyərində 297,4 ton (bir il əvvəl tədarük olmayıb), İraqdan 6 min ABŞ dolları dəyərində 2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edib.
Hesabat dövründə Azərbaycan 52,25 min ABŞ dolları dəyərində (-36 %) 72,8 ton (-12 %) qurudulmuş ərik ixrac edib.
Azərbaycan Rusiyaya 44,1 min ABŞ dolları dəyərində (-46 %) 70,55 ton (-15 %), İrana 7 min ABŞ dolları dəyərində 2,15 ton, Qətərə 0,8 min ABŞ dolları dəyərində 0,05 ton, Birləşmiş Ərəb Əmirliklərinə 0,27 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb) və Almaniyaya 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İran və Qətərə tədarük həyata keçirilib.