Azərbaycan iki ölkədən ördək ətinin alışını bərpa edib

ASK
  • 28 oktyabr, 2025
  • 14:32
Azərbaycan iki ölkədən ördək ətinin alışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 215 min ABŞ dolları dəyərində 43,66 ton ördək əti idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycana Braziliyadan 110,8 min ABŞ dolları dəyərində 24 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 60 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 41 % az) dəyərində 14,6 ton (-37 %), Fransadan 26,3 min ABŞ dolları dəyərində 1,7 ton (bir il əvvəl tədarük olmayıb), Macarıstandan 9,71 min ABŞ dolları (+4,6 dəfə) dəyərində 2 ton (+26 dəfə), Tailanddan 7,41 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 4 il 5 aylıq fasilənin ardından Almaniyadan (0,12 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 1 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (0,13 min ABŞ dolları dəyərində 0,01 ton) ördək ətinin tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti