Azərbaycan iki ölkədən kartof alışını bərpa edib

ASK
  • 23 noyabr, 2022
  • 12:48
Azərbaycan iki ölkədən kartof alışını bərpa edib

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 28,3 milyon ABŞ dolları dəyərində 107 min 962 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,1 %, kəmiyyət olaraq – 8 % azdır.

İrandan 8,932 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65,7 % azalıb) 36 min 128 ton (-66,6 %), Türkiyədən 7,679 milyon ABŞ dolları dəyərində (+5,9 dəfə) 30 min 620 ton (+6 dəfə), Pakistandan 7,366 milyon ABŞ dolları dəyərində (+491 dəfə) 24 min 556 ton (+501 dəfə), Gürcüstandan 1,913 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 7 min 642 ton (+2,1 dəfə), Rusiyadan 1,525 milyon ABŞ dolları dəyərində (+35,4 dəfə) 6 min 064 ton (+57,2 dəfə) məhsul gətirilib.

Üç il 6 aylıq fasilənin ardından Niderlanddan, 2 il 8 ayın tamamında Belarusdan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 1,25 min ABŞ dolları dəyərində 0,05 ton və 39,1 min ABŞ dolları dəyərində 126 ton kartof alınıb.

Hesabat dövründə Azərbaycan xaricə 35,086 milyon ABŞ dolları dəyərində (-12 %) 78 min 216 ton (-14,8 %) kartof satıb.

Rusiyaya 33,41 milyon ABŞ dolları dəyərində (-12,8 %) 73 min 591 ton (-13,4 %), Belarusa 775,88 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 886 ton (+42,1 %), Ukraynaya 561,42 min ABŞ dolları dəyərində (-47,1 %) 1 414 ton (-70 %), Gürcüstana 131,39 min ABŞ dolları dəyərində (+11 dəfə) 527,6 ton (+7,8 dəfə), Litvaya 91,16 min ABŞ dolları dəyərində 368,8 ton (ilk dəfə tədarük olub) məhsul ixrac edilib.