Azərbaycan Hindistan və Çindən orqanik gübrə tədarükünü bərpa edib
- 08 yanvar, 2024
- 13:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 2,11 milyon ABŞ dolları dəyərində 931 ton heyvan və bitki mənşəli gübrə idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,65 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə azdır) 813 ton (+37 %), İtaliyadan 323 min ABŞ dolları dəyərində (-2,4 %) 55,11 ton (+41 %), Səudiyyə Ərəbistanından 53 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 34 ton (+98 %), Çindən 16,5 min ABŞ dolları dəyərində 13 ton, Almaniyadan 15 min ABŞ dolları dəyərində (+136 dəfə) 1 ton (+9 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 8 aydan sonra Hindistandan (13,43 min ABŞ dolları dəyərində 0,8 ton), 2 ilin tamamında Çindən orqanik gübrələrin idxalını bərpa edib.