Azərbaycan Gürcüstandan toyuq əti tədarükünü 6 dəfədən çox artırıb

ASK
  • 03 noyabr, 2022
  • 13:53
Azərbaycan Gürcüstandan toyuq əti tədarükünü 6 dəfədən çox artırıb

Azərbaycan 2022-ci ilin ilk 8 ayında 29,89 milyon ABŞ dolları dəyərində 19 min 242 ton dondurulmuş toyuq əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,1 %, kəmiyyət olaraq – 14,3 % çoxdur.

Hesabat dövründə Ukraynadan 14,964 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,5 % azdır) 10 min 889 ton (-11,7 %), Rusiyadan 7,499 milyon ABŞ dolları dəyərində (+94 %) 3 min 740 ton (+37,3 %), Belarusdan 4,780 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 3 min 141 ton (+2,5 dəfə), Gürcüstandan 2 milyon ABŞ dolları dəyərində (+6,2 dəfə) 1 min 403 ton (+6,5 dəfə), Moldovadan 93,04 min ABŞ dolları dəyərində (-74,7 %) 64 ton (-79 %) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 27,8 min ton dondurulmuş toyuq ətinin 75 %-i Ukraynanın, 15 %-i Rusiyanın payına düşüb.