Azərbaycan fındıqçılıqla bağlı beynəlxalq tələbə uyğun sertifikat verəcək

ASK
  • 14 aprel, 2022
  • 14:44
Azərbaycan fındıqçılıqla bağlı beynəlxalq tələbə uyğun sertifikat verəcək

Azərbaycanda fındıqçılıq sahəsində beynəlxalq tələblərə uyğun sertifikat ("mavi sertifikat") verilməsi istiqamətində işlər görülür.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Surxay Novruzov deyib.

"Bunun üçün ilk növbədə damazlıq bağların yaradılması, sertifikasiyanın aparılması, timglərdən anazilər götürülməsi tədbirləri görülür. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitunda regionda ən müasir labaratoriya qurulur ki, bu da məhz bitki xəstəliklərini müəyyən etmək, genetik analiz aparmaq üçündür. Bütün bu infastruktur qurub-başa çatdırdıqdan sonra müasir sertifikat vermək üçün bir maneə olmayacaq. Ölkədə keyfiyyətli ting istehsal edilir, sözügedən sertifikatla bunun keyfiyyətini bir daha təsdiq etmək mümkündür. Bu gün nazirlik yanında Aqrar Xidmətlər Agentliyi sertifikat verir, onu akredatasiyadan keçirib, dünyanın tanıdığı formada təqdim etmək üçün Avropa təcrübəsi öyrənilir, ölkəyə ekspert dəvət edilib. Məqsəd odur ki, layihənin ilkin reallaşdırılmasında o, bizə kömət etsin".

Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir, bunun isə 840 hektarı ötən il əkilib. Fındıq bağlarından 67 min tondan çox məhsul yığılır və böyük hissəsi ixrac edilir.

44 - Tezliklə