Azərbaycan əsas tədarük bazarından qoyun idxalını kəskin artırıb

ASK
  • 20 oktyabr, 2022
  • 13:21
Azərbaycan əsas tədarük bazarından qoyun idxalını kəskin artırıb

Bu ilin ilk 8 ayında Azərbaycan xaricdən 6,969 milyon ABŞ dolları dəyərində 73 min 193 ədəd diri qoyun alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,1 %, kəmiyyət olaraq – 1,6 % çoxdur.

Hesabat dövründə Gürcüstandan 5,064 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51,4 % çoxdur) 58 min 915 ədəd (+75 %), Rusiyadan 975,63 min ABŞ dolları dəyərində (-59,7 %) 12 min 153 ədəd (-62,8 %), Türkiyədən 869,14 min ABŞ dolları dəyərində (+86 %) 2 min 037 ədəd (+2,1 dəfə) və Bolqarıstandan 60,2 min ABŞ dolları dəyərində 88 ədəd (bir il əvvəl tədarük olmayıb) heyvan alınıb.

Qeyd edək ki, Azərbaycanın ötən il xaricdən (5 ölkədən) aldığı 117 min 574 ədəd diri qoyunun 56 % -i Gürcüstanın payına düşüb.