Azərbaycan əsas tədarük bazarına kivi ixracını kəskin artırıb

ASK
  • 07 dekabr, 2022
  • 09:05
Azərbaycan əsas tədarük bazarına kivi ixracını kəskin artırıb

Bu ilin ilk 9 ayında Azərbaycana xaricdən 1,98 milyon ABŞ dolları dəyərində 2 min 764 ton kivi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 20,1 % çoxdur.

İrandan 1,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çoxdur) 2 min 723 ton (+22,7 %), Çilidən 43,87 min ABŞ dolları dəyərində (-57,3 %) 31,3 ton (-58,1 %), Çindən 25,2 min ABŞ dolları dəyərində 7,02 ton (bir il əvvəl tədarük olmayıb), Yeni Zelandiyadan 1,63 min ABŞ dolları dəyərində (-4,7 %) 1,16 ton (-4,9 %), İtaliyadan 1,3 min ABŞ dolları dəyərində (+9,2 %) 0,16 ton (-84,3 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə 650,38 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 530,5 ton (+2,2 dəfə) kivi göndərilib. Bu meyvə ancaq Rusiyaya tədarük edilib ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3,1 dəfə və 2,2 dəfə çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (2 ölkəyə) 271 ton kivinin 66,4 %-i Rusiyanın payına düşüb.