Azərbaycan Əfqanıstana heyvan piyinin ixracını 16 dəfə artırıb

ASK
  • 02 sentyabr, 2024
  • 14:48
Azərbaycan Əfqanıstana heyvan piyinin ixracını 16 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 206,26 min ABŞ dolları dəyərində 475,55 ton heyvan piyi (iribuynuzlu heyvan, qoyun və keçi) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 51 % çoxdur.

Hesabat dövründə Azərbaycan Əfqanıstana 127,67 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 dəfə çoxdur) 354,63 ton (+16 dəfə) və Qazaxıstana 78,59 min ABŞ dolları dəyərində (-40 %) 120,91 ton (-59 %) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 2 ölkəyə ixrac edilmiş 615 ton heyvan piyinin 78,4 %-i Qazaxıstanın, qalan hissəsi Əfqanıstanın payına düşüb.