Azərbaycan daha iki ölkədən hindtoyuğu əti tədarük etməyə başlayıb
- 04 mart, 2024
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 4,4 milyon ABŞ dolları dəyərində 3 min 315 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 45 % çoxdur.
Hesabat dövründə Azərbaycan Braziliyadan 1,81 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 1 min 627 ton (+4 dəfə), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+24 %) 376 ton (+26 %), Portuqaliyadan 470 min ABŞ dolları dəyərində (+5 %) 352 ton (-0,3 %), Kanadadan 385 min ABŞ dolları dəyərində (+14 %) 547 ton (+15 %), Türkiyədən 264 min ABŞ dolları dəyərində (-35 %) 233,5 ton (-46 %) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarus (78,11 min ABŞ dolları dəyərində 38,83 ton) və Qazaxıstandan (115,76 min ABŞ dolları dəyərində 56 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 2,8 milyon ABŞ dolları dəyərində hindtoyuğu ətinin 29,6 %-i Rusiyanın, 16,2 %-i Portuqaliyanın, 14,8 %-i Türkiyənin, 13,2 %-i Braziliyanın, 12,2 %-i Kanadanın payına düşüb.