Azərbaycan daha bir ölkəyə qurudulmuş alma ixrac etməyə başlayıb

ASK
  • 13 yanvar, 2024
  • 06:27
Azərbaycan daha bir ölkəyə qurudulmuş alma ixrac etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 44,5 min ABŞ dolları dəyərində 12,26 ton qurudulmuş alma idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 22 % azdır.

Azərbaycan Çindən 23,78 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % azdır) 4,7 ton (-41 %), Türkiyədən 14,3 min ABŞ dolları dəyərində (+11 %) 6 ton (-99,9 %) , İrandan 6,26 min ABŞ dolları dəyərində (+20 %) 1,54 ton (-7 %) və Almaniyadan 0,14 min ABŞ dolları dəyərində (-26 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 33,7 min ABŞ dolları dəyərində (-81 %) 9,6 ton (-92 %) qurudulmuş alma idxal edilib.

Azərbaycan Rusiyaya 33,1 min ABŞ dolları dəyərində (-82 %) 9,47 ton (-92 %), Qətərə 0,34 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,04 ton (+4 dəfə), Yaponiyaya 0,14 min ABŞ dolları dəyərində (-52 %) 0,01 ton (-80 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,1 min ABŞ dolları dəyərində 0,02 ton və Almaniyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Azərbaycandan ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.