Azərbaycan daha bir ölkədən yer fıstığı idxal etməyə başlayıb

ASK
  • 26 avqust, 2024
  • 12:26
Azərbaycan daha bir ölkədən yer fıstığı idxal etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 5,48 milyon ABŞ dolları dəyərində 3 min 199 ton yer fıstığı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 15,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Braziliyadan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 1 min ton (+2,2 dəfə), Özbəkistandan 1,5 milyon ABŞ dolları dəyərində (+34 %) 1 min ton (+16 %), Hindistandan 811,53 min ABŞ dolları dəyərində (-32 %) 475,2 ton (-41 %), Çindən 604 min ABŞ dolları dəyərində (+14 dəfə) 342 ton (+14 dəfə), Misirdən 303,44 min ABŞ dolları dəyərində (+3 dəfə) 179,83 ton (+3 dəfə) yer fıstığı alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Almaniyadan (0,5 min ABŞ dolları dəyərində 0,05 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 10 ölkədən idxal edilmiş 5 min 521 ton yer fıstığın 29,3 %-i Özbəkistanın, 25,1 %-i Braziliyanın, 23,6 %-i Hindistanın payına düşüb.

44 - Tezliklə