Azərbaycan daha bir ölkədən armud almağa başlayıb

ASK
  • 25 noyabr, 2022
  • 09:24
Azərbaycan daha bir ölkədən armud almağa başlayıb

2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycan 1,836 milyon ABŞ dolları dəyərində 2 min 033 ton armud idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 11,5 % çoxdur.

Belçikadan 1,154 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16,4 % azdır) 1 min 282 ton (-15,7 %), Türkiyədən 281,13 min ABŞ dolları dəyərində (+4 dəfə) 312,37 ton (+4 dəfə), Cənubi Afrika Respublikasından 202,26 min ABŞ dolları dəyərində (+44,2 %) 224,53 ton (+43,6 %), Polşadan 70,76 min ABŞ dolları dəyərində 78,62 ton (9 il 2 aydan sonra bərpa edilib), Niderlanddan 65,64 min ABŞ dolları dəyərində (+20,3 %) 72,93 ton (+20,4 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən tədarük həyata keçirilib. Bu ölkədən 0,01 min ABŞ dolları dəyərində 0,01 ton armud idxal edilib.

Hesabat dövründə xaricə 2,424 milyon ABŞ dolları dəyərində (-26,6 %) 3 min 485 ton (-24,2 %) armud göndərilib.

Rusiyaya 2,392 milyon ABŞ dolları dəyərində (-26,1 %) 3 min 485 ton (-24,2 %) və Qazaxıstana 32,58 min ABŞ dolları dəyərində (-22,9 %) 93,59 ton (-27,7 %) məhsul satılıb.