Azərbaycan bu il Stavropoldan 83 min tondan çox taxıl məhsulları alıb

ASK
  • 18 aprel, 2024
  • 15:06
Azərbaycan bu il Stavropoldan 83 min tondan çox taxıl məhsulları alıb

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Stavropol diyarından 83,428 min ton taxıl məhsulları (yulaf, qarğıdalı və buğda) idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Bununla da, Azərbaycan regiondan taxıl məhsulları idxal edən ölkələr sırasında 2-ci pillədə qərarlaşıb. Ötən ilin eyni dövründə isə Azərbaycan bölgənin əsas taxıl məhsulları alıcısı olub.

Hesabat dövründə Stavropoldan ümumilikdə 1,525 milyon ton taxıl məhsulları ixrac edilib. Stavropol taxılının əsas alıcıları Gürcüstan (193,216 min ton buğda, qarğıdalı, yulaf və günəbaxan), Ermənistan (62,816 min ton buğda, günəbaxan, arpa, qarğıdalı və s.), İran (18,582 min ton qarğıdalı, darı, noxud, mərci və arpa), Belarus (15,341 min ton raps, xardal və kətan) və İraq (4,353 min ton zəfəran, darı, buğda və s.) olub.

Bundan başqa, Stavropoldan Rusiyanın digər regionlarına 1,165 milyon tondan çox taxıl məhsulları daşınıb ki, bunun da 96,4 %-i və ya 1,123 milyon tondan çoxu sonrakı ixrac üçün Krasnodar, Həştərxan, Rostov və Dağıstan limanlarına göndərilib.