Azərbaycan Belarusa mandarin ixrac etməyə başlayıb
- 01 mart, 2024
- 10:23
Ötən il Azərbaycan 2,33 milyon ABŞ dolları dəyərində 4 min 533 ton mandarin ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 0,4 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 2,29 milyon ABŞ dolları dəyərində (-23 %) 4 min 491 ton (-0,6 %), Qazaxıstana 13,78 min ABŞ dolları dəyərində (-22 %) 23,6 ton (-31 %), Yaponiyaya 11,1 min ABŞ dolları dəyərində (+7,6 dəfə) 0,45 ton (+3,5 dəfə), Belarusa 7,28 min ABŞ dolları dəyərində 18,2 ton və Türkmənistana 0,09 min ABŞ dollar dəyərində 0,03 ton (bir il əvvəl tədarük olmayıb) mandarin göndərib.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.